Evdə hazırlanan craft pivə

Öz reseptlərimlə, All Grain üsulu ilə evdə hazırladığım Potalar.

CRAFT BEER · EST. 2023

POTALAR

POTA HAQQINDA

Pivə hazırlamaq mənim üçün hobbidir, pivə isə ən sevdiyim içkidir. Hər dəfə yeni bir pivə tapanda çox sevinirəm, onun dadını anlamağa çalışıram. Bu maraq 2023-cü ildə məni evdə pivə bişirməyə gətirdi. Əvvəlcə hazır kitlərlə başladım, amma videolar izlədikcə, məqalə və kitabları oxuduqca gördüm ki, bu işdə irəli gedənlər demək olar kitdən istifadə etmir — beləcə All Grain üsuluna keçməyə qərar verdim.

İlk All Grain partiyasının nəticəsi inanılmaz dərəcədə yaxşı alınmışdı. Həm kitlərlə, həm də mağaza pivələri ilə arasındakı fərq qoxusundan və ilk qurtumdan hiss olunurdu. Bu, marağımı daha da gücləndirdi: yeni avadanlıqlar aldım, xammalları dəyişdirib fərqli dadlar sınamağa başladım.

Özümü inkişaf etdirmək üçün pivə haqqında kitablar oxuyur, uğur qazanmış reseptləri anlamağa və öz reseptlərimi yoxlamağa çalışıram. İşdən vaxt tapdıqca yeni partiyalar dəmləyib dostlarımla bölüşürəm — onların rəylərini eşitmək ayrı maraqlıdır və demək olar hamısı Potalarımı bəyənir.

Mənim isə ən sevdiyim növ IPA pivələridir. IPA Azərbaycanda az tapıldığından, onu evdə dəmləmək mənə daha maraqlı gəlir.

Hər yeni partiya yeni bir təcrübədir. Qarşıda hələ sınanacaq çox resept, dadılacaq çox POTA var.

Bu sayt da elə həmin yolçuluğun gündəliyidir — qazandan çıxan hər yeni POTA-nı burada qeyd edirəm.